Naxçıvanda dələduzluq edən şəxs saxlanıldı

Daxil olan şikayət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Əfqan Məmmədov saxlanılıb.

 

Viral.az xəbər verir ki, araşdırmalarla onun özünü hüquqşunas kimi təqdim edərək, cəzaçəkmə müəssisəsində olan bir nəfərin cəzasını azaltmaq adlı ilə yaxınlarından dələduzluq yolu ilə pul aldığı məlum olub.

Son Yazılar:

 

Ə.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.