Çağırışçıların yekun tibbi müayinəsi aparılır

İyulun 1-dən bir sıra kateqoriyalar üzrə rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

 

Viral.az xəbər verir ki, bu barədə ƏƏSMN-in yaydığı məlumatda deyilib.

Son Yazılar:

 

Bildirilib ki, bu məqsədlə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində ən son müasir avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi yaradılıb.

 

Mərkəzdə ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən 4 kateqoriya üzrə rəy verilmiş çağırışçıların:

 

  • sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası);
  • sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası);
  • dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası);
  • həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası).

yekun tibbi müayinəsi aparılır.

 

Yekun tibbi müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası aşağıdakı qərarlardan birini qəbul edir:

 

  • yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir;
  • yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir;
  • yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqini tapmır.

 

Sonda müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.

 

Hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi qaydaları barədə daha ətraflı: //www.youtube.com/watch?v=geJn9WDslaM