ABŞ-nin keçmiş prezidenti Donald Tramp milyarder İlon Maskla növbəti administrasiyada məsləhətçi kimi iştirakını müzakirə edib.
Viral.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“Donald Tramp və Elon Mask Respublikaçıların ehtimal edilən namizədi Ağ Evə qayıdarsa, “Tesla” rəhbəri üçün mümkün məsləhətçi mövqeyini müzakirə ediblər”, – məlumatda deyilir.
Son Yazılar:
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
- İlham Əliyev bu qanunlara dəyişiklik etdi
Bundan əvvəl Mask tədbirdə ABŞ-nin keçmiş prezidenti Donald Tramp və hazırkı dövlət başçısı Co Bayden arasında Amerika prezidenti vəzifəsinə müstəqil namizəd kiçik Robert Kennedinin iştirakı ilə debat keçirməyə hazır olduğunu bildirib.
Bayden və onun əsas rəqibi Tramp da tərəfdarları qarşısında keçirilən tədbirlər zamanı bir-birini təhqir ediblər. Belə ki, Bayden çıxışı zamanı bildirib ki, qarşıdan gələn prezident seçkilərində demokratiya təhlükə altındadır və Donald Tramp ləyaqətlə uduzmağı bilmir və “uduzan”dır.
(redaktor.az)