Bu gün Gürcüstanda Müstəqillik Günü qeyd edilir.
Son Yazılar:
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
- Tanınmış xanəndə vəfat etdi – FOTO
Viral.az xəbər verir ki, gün ərzində paytaxtla yanaşı, ölkənin 18 şəhərində tədbirlər keçiriləcək.
Hökumət administrasiyasının məlumatına görə, Müstəqillik Gününə həsr olunmuş tədbirlər ənənəvi olaraq yeni çağırışçıların and içdiyi Azadlıq meydanında saat 10:00-da başlayacaq. Andiçmə mərasimi ölkənin müxtəlif yerlərində də keçiriləcək.
Həmçinin Tbilisinin Rustaveli prospektində şərab sərgisi təşkil olunacaq, şərabçıların məhsulları sərgilənəcək və satışa çıxarılacaq. Qonaqlar həmçinin idman, kulinariya məhsulları və uşaq guşələri ilə də tanış olacaqlar.
Saat 17:10-da müstəqilliyin elan edilməsinin tarixi anı təntənəli şəkildə qeyd olunacaq. Dövlət Himnini 300 uşaq ifa edəcək, onların arasında xaricdə fəaliyyət göstərən gürcü icma məktəblərinin şagirdləri də olacaq.
Qala-konsertin builki proqramı tamamilə folklora həsr olunub, tədbirdə ölkənin hər yerindən yüzlərlə xalq ansamblının nümayəndəsi iştirak edəcək.
Müstəqillik Günü dünyanın 70-dən çox şəhərində də qeyd olunacaq. Xaricdə qeyd olunmalar iyunun sonuna qədər davam edəcək.
Xatırladaq ki, 106 il öncə – 1918-ci ilin mayın 26-da Milli Şuranın qərarı ilə Gürcüstan müstəqil respublika elan olunub. Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika sovet işğalınadək – iki il yarım mövcud olub. Bu dövrdə Gürcüstanın müstəqilliyi aparıcı Avropa ölkələri tərəfindən tanınıb.
Qonşu ölkə dövlət müstəqilliyini 70 ildən sonra – 1991-ci ilin aprelin 9-da bərpa edib.