HƏMAS İsraillə danışıqlardan İMTİNA ETDİ

Fələstinin HƏMAS hərəkatının nümayəndəsi bildirib ki, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları davam etdirənədək girovlarla bağlı danışıqlara qayıtmayacaq.

 

Son Yazılar:

Viral.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

 

“HƏMAS sözçüsü nikbinliyi dağıdıb və İsrail Qəzza zolağında müharibəni davam etdirərkən hərəkatın girov müqaviləsi ilə bağlı danışıqları davam etdirməyəcəyini söyləyib”, – agentlik bildirib.

 

“Reuters” isə xəbər verib ki, HƏMAS-la Qəzza zolağında saxlanılan israilli girovlarının azad edilməsi ilə bağlı danışıqlar gələn həftə başlamalıdır. Bu barədə qərar İsrailin “Mossad” kəşfiyyatının rəhbəri David Barneanın ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Cassim Al Tani ilə görüşündən sonra qəbul edilib.

 

İsrailin Hərbi Kabineti 2023-cü ilin oktyabrında HƏMAS hərəkatı tərəfindən girov götürülənlərin İsrail həbsxanalarındakı fələstinli məhbuslara dəyişdirilməsi ilə bağlı danışıqlara qayıtmağı tapşırıb.