ABŞ prezidenti Co Bayden Vaşinqtonda Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb.
Viral.az xəbər verir ki, ABŞ lideri görüş zamanı Ağ Evin Ukraynaya daha bir yardım paketi təqdim edəcəyini bildirib.
Son Yazılar:
- MİQ-ə sənəd verənlərin yaş aralığı – SİYAHI
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
“Associated Press” agentliyi amerikalı rəsmilərə istinadən yazıb ki, yeni paketin ölçüsü 225 milyon dollar olacaq. Yeni paketə “Patriot” hava hücumundan müdafiə sisteminin daxil ediləcəyi gözlənilir.
Baydenlə görüşdən əvvəl Zelenski müharibəni ədalətli şəkildə bitirməyin yollarını müzakirə edəcəklərini bildirib.
Ukrayna lideri əlavə edib ki, Kiyev yayda İsveçrədə baş vermiş analoji tədbirdən sonra ilin sonuna qədər daha bir Qlobal Sülh Sammiti keçirmək istəyir.