“NASA”nın Kaliforniya Texnologiya İnstitutunda yerləşən Reaktiv Hərəkət Laboratoriyasının fizikləri Ayda Yerlə müqayisədə vaxtın nə qədər tez axdığını hesablayıblar.
Bu barədə Viral.az lenta.ru-ya istinadən xəbər verir.
Ümumi nisbi nəzəriyyəyə görə, zaman çəkidən asılı olaraq daha sürətli və ya yavaş hərəkət edir, bu da öz növbəsində kütlədən asılıdır. Yerin və Ayın kütlələrinin fərqi yerin cazibə qüvvəsi və zamanın sürətində fərq deməkdir. Ayda vaxt Yerlə müqayisədə daha sürətli keçir, kosmos gəmilərinin rabitəsini və enişini təmin etmək üçün dəqiq ölçmələr tələb olunur.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Kaliforniyadan olan bir qrup elm adamı Yerlə Ay, eləcə də bu cisimlərlə Günəş sisteminin barisentri arasındakı vaxt fərqini hesablayıb. Onlar müəyyən ediblər ki, Ayda vaxt Yerlə müqayisədə gündə 0,0000575 saniyə (57,50 µs/d) daha sürətli hərəkət edir. Bu o deməkdir ki, əgər insan Ayda 274 il yaşasaydı, o, Yerdə yaşadığından 5,76 saniyə yaşlı olardı.
(redaktor.az)