“26 ölkənin seçki qurumu 1 sentyabr növbədənkənar parlament seçkilərini izləmək üçün dəvət olunub”.
Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) namizədlərin qeydiyyatı prosesinə həsr olunan iclasında MSK sədr müavini Rövzət Qasımov bildirib.
“Ölkədə beynəlxalq müşahidəçilərin dəvəti yalnız üç qurumla bağlıdır. Belə ki, bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi, Mərkəzi Seçki Komissiyasıdır. Biz müvafiq olaraq 26 ölkənin seçki qurumuna dəvət göndərmişik”.