Seçkilərin ideal keçirilməsi ilə bağlı xəbər yalnız pafos ola bilər.
Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) namizədlərin qeydiyyatı prosesinə həsr olunan tədbirində sədr müavini Rövzət Qasımov bildirib.
Son Yazılar:
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
- Premyer Liqada XIV tura bu gün start VERİLƏCƏK
“Dünyanın heç bir yerində seçkilər ideal keçə bilməz. Bu, sadəcə yalan ola bilər. Amma üzərimizə düşən vəzifələri doğru yerinə yetirməliyik. Bizim sizinlə əsas vəzifəmiz budur ki, seçki prosesi şəffaf keçsin və əvvəlki seçkilərdən öyrəndiklərimizi düzgün tətbiq edək”, – deyə o bildirib.
Qeyd edək ki, bu gün Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminar keçirilir.
Seminarda deputatlığa namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülmə qaydası, deputatlığa namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri və qaydası müzakirə edilir.