-->

Putinin xüsusi nümayəndəsi Bakıya gəlir

1720775628 9a3877fd 3667 4529 8050 6659d8808785

Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Azərbaycana işgüzar səfərə gələcək.

Viral.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

O, iyulun 12-dən 15-dək Azərbaycanda olacaq.

Son Yazılar:

Səfər proqramına Boris Titovla Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş daxildir.

Rusiya Prezidentinin xüsusi nümayəndəsinin səfəri 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində baş tutacaq.