Əməkdar jurnalist Mübariz Əsgərovun Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində qulluq edən oğluna kapitan rütbəsi verilib.
Viral.az-ın məlumatına görə, bu barədə telejurnalistin özü sosial şəbəkədə paylaşım edib:
“İran, Ermənistan, Gürcüstan və Rusiya ilə sərhədlərimizi addım-addım gəzən, “qaynar nöqtələrdə” qaynar gənclik illərini keçirən sərhədçi oğlum Qorqud Əsgərli. Bu gün ona növbəti retbə – kapitan rütbəsi verildi… Allah bütün hərbçilərimizi qorusun!”, – o bildirib.
Son Yazılar:
- Həbs qərarına Netanyahunun ofisindən CAVAB
- Rusiya Ali Radaya zərbə endirəcək
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
Qeyd edək ki, tanınmış telejurnalist Mübariz Əsgərov məşhur “Qulp” satirik telelayihənin müəllifidir. “Qulp” verilişi 1992-1998-ci illərdə AzTV-də yayımlanıb.
“Qulp” 1998-ci ildən 2013-cü ilədək ANS TV-də yayımlanıb və telekanalın baxımlı verilişlərindən sayılıb. Veriliş cəmiyyətdə baş verən ictimai, siyasi hadisələrə satirik prizmadan baxıb, çatışmazlıqları cəmiyyətin özünə göstərib.
Mübariz Əsgərov ARB telekanalında yayımlanan və məhbuslardan bəhs edən “Rezonans” proqramınının müəllifi və aparıcısıdır.
O, həm də “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədridir. İctimai Birlik bir müddət öncə Xocalıda itkin düşən 13 sakinlə bağlı “13” adlı maraqlı bədii-sənədli film çəkib.