-->

Bu ərazidə skuterlərin istifadəsi QADAĞAN EDİLDİ 

a34aab4bb7b809d8df023c3dccb641d7 1720779011 full

Bakıda Dənizkənarı Bulvar ərazisində skuterlərin istifadəsi qadağan edilib.

Viral.az bildirir ki, bu barədə “Qafqazinfo”ya nəqliyyat sahəsində ekspert Aslan Əsədov məlumat verib.

Onun sözlərinə görə bulvar ərazisində fəaliyyət göstərən skuterlərlə bağlı qeyri-rəsmi qadağa bu gündən etibarən tətbiq olunur: “Bu məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi tərəfindən rəsmi açıqlama verilmir. Amma bildiyimizə görə, bulvarda fəaliyyət göstərən sahibkarların arendaları ləğv olunub. Yalnız bulvara aid olmayan kənar ərazilərdə skuter sürmək olar”.

Son Yazılar:

Ekspert həmçinin əlavə edib ki, oxşar hal əvvəllər də yaşanıb. Bundan əvvəlki illərdə də bir neçə dəfə bulvar ərazisində skuterlərin hərəkətinə mədudiyyət qoyulub.

Saytımızın əldə etdiyi məlumata görə, bulvarda skuterlərin qadağan olunması qərarı həmin ərazidə fəaliyyət göstərən operatorlar tərəfindən verilib.