Traktor velosipedçini vurub öldürdü

Ucar-Göyçay avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində iyulun 12-si saat 17 radələrində Mürşüd İsmayılov idarə etdiyi traktorla velosipedçi – 1963-cü il təvəllüdlü Soltanov Azad Məhəmmədəli oğlunu vurub.

 

Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

A.Soltanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Araşdırma aparılır.