“Ukrayna ilə böhranı həll etmək üçün razılaşmalar bərabər və bölünməz təhlükəsizlik prinsipinə əsaslanmalıdır”.
Viral.az xəbər verir ki, bunu RİA-ya müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Siyasi qərarı “sürətləndirmək” imkanı var – Qərb silah tədarükünü dayandırmalıdır. Kiyevdə “müharibə partiyası”nın hökmranlığı şəraitində sülh haqqında dialoq təsəvvür etmək çətindir. Moskva danışıqlara açıqdır, lakin biz barışıqdan deyil, sülhdən danışırıq. Moskva ümid edir ki, gec-tez Kiyevdə Ukrayna xalqının maraqlarını düşünən qüvvələr olacaq, lakin hələlik əməliyyatları davam etdirməkdən başqa variant yoxdur”, – Lavrov belə söyləyib.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
O, Ukraynaya yeni silahların tədarükü haqqında da danışıb: “NATO Kiyevi F-16 qırıcıları ilə təmin etməklə Rusiyaya ABŞ və alyansın “sözün əsl mənasında hər şeyə hazır olduğunu” başa salmağa çalışır. Moskva bu tədarüklərə NATO-nun nüvə sahəsində “siqnal hərəkəti” kimi baxır. Rusiya və Belarusun qeyri-strateji nüvə silahlarına dair təlimləri onların rəqiblərinə müəyyən mənada fikir verməlidir”.
Çin ilə əməkdaşlıq mövzusuna toxunan nazir bildirib ki, Moskva və Pekin müxtəlif formatlarda müdafiə sahəsində əməkdaşlığın artırılmasının zəruriliyi barədə razılığa gəliblər: “Çin ilə münasibətlər yüksək səviyyədə qarşılıqlı etimada əsaslanır, birgə səylər üçüncü ölkələrə qarşı yönəlmir. Rusiya və Çin Asiya-Sakit okean regionunda baş verən mənfi tendensiyaları nəzərə almağa və onların nəticələrinin qarşısını almaq üçün tədbirlər görməyə məcburdur”.
Vaşinqtonla münasibətlər haqqında söz açan Rusiya XİN başçısı iddia edib ki, Ağ Evi Rusiya şəhərlərinin mülki əhalisinin taleyi maraqlandırmır: “Kiyevin cinayətlərində şərik olublar. ABŞ orta və daha qısa mənzilli raketlər yerləşdirərsə, Rusiya nüvədən çəkindirmə sahəsində addımlar ata bilər”.