Mingəçevirdə məktəb direktoru işindən azad edilib.
Bu barədə Viral.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Son Yazılar:
- ChatGPT-nin istifadəsində xəta YARANDI
- Heydər Əliyev Fondu Ramazan bayramında şəhid ailələri ilə birgə
- Azərbaycanda 26 siyasi partiyadan 25-i maliyyə hesabatı təqdim etdi –
Qeyd edilib ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhər V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəbdə bir neçə istiqamətdə yoxlamalar aparılıb və yoxlama zamanı təlim-tədris prosesinin təşkili, məktəbin idarəolunmasında neqativ hallar aşkar olunub.
Yoxlamanın nəticəsinə əsasən, adıçəkilən məktəbin direktoru Sevda İsmayılova 14 iyun 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə tutduğu direktor vəzifəsindən azad edilib.