Ermənistan polisi hökumət binasını mühasirəyə aldı

Ermənistanın paytaxtında polis hökumət evinin binasını mühasirəyə alıb.

 

Viral.az “news.am”a istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Son Yazılar:

 

Bildirilib ki, buna səbəb yerli vaxtla saat 10:30-da, Nazirlər Kabinetinin iclası başlayan ərəfədə keşiş Baqrat Qalstanyan və tərəfdarlarının ərazidə etiraz aksiyası keçirəcəyi barədə daxil olan informasiyadır.

 

Məlumata əsasən, polis əməkdaşlarına aksiyanın qarşısının alınması ilə bağlı qəti göstəriş verilib.