Uşağa işgəncə verən tərbiyəçi müəllimə və bağça müdürünə cinayət işi açıldı

Paytaxtın Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə əlaqəli yayılan məlumatlar nəzarətə götürülüb.

 

Viral.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin media və ictimiayyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov bildirib ki, bir neçə valideyn bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər ediblər.

Son Yazılar:

 

Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

 

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcəkdir.