-->

DİM-dən qabiliyyət imtahanlarına qatılan abituriyentlərə MÜRACİƏT

1720950688 854d93f7 87c0 3a3b 8b0d 856ce3cf6f26 850

Dövlət İmtahan Mərkəzi təsviri sənət istiqamətinə aid aşağıdakı komissiyalar üzrə qabiliyyət imtahanlarında iştirak edən abituriyentlərə müraciət edib.

 

Viral.az xəbər verir ki, müraciətdə deyilir:

Son Yazılar:

 

“Bakalavriat səviyyəsinin Rəngkarlıq (10) və Qrafika (11) komissiyalarının rəsm fənnindən müvəffəq qiymət almış abituriyentlər rəngkarlıq, Heykəltaraşlıq (12) komissiyasının rəsm fənnindən müvəffəq qiymət almış abituriyentlər isə yapma fənni üzrə imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini çap edə bilərlər.

Qabiliyyət imtahanına buraxılış vərəqəsi“ndə imtahanın keçiriləcəyi tarix, bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar əksini tapıb.

 

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) cədvəldə verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

 

Qrafiklə buradan tanış ola bilərsiniz.

 

Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik”.