-->

Ukrayna münaqişəsinin tezliklə bitəcəyini gözləmirəm – Ərdoğan

1720966839 4e73bd45 4bda 3421 94ac d9be2fc21a56 850

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında münaqişənin tezliklə bitəcəyini gözləmədiyini bildirib.

 

Viral.az xəbər verir ki, bunu o, İstanbulda Milli Müdafiə Universitetinin zabitlərinə buraxılış mərasimində çıxışı zamanı deyib.

Son Yazılar:

 

“Rusiya ilə Ukrayna arasında müharibə təxminən iki il yarımdır ki, davam edir. Tərəflərdən heç birinin digəri üzərində tam üstünlük əldə edə bilməyəcəyi münaqişə əhəmiyyətli itkilərə və dağıntılara səbəb olur. Təəssüflə etiraf edirəm ki, münaqişənin yaxın gələcəkdə başa çatması üçün güclü iradə yoxdur”, – Ərdoğan vurğulayıb.

 

Onun sözlərinə görə, Türkiyə “müharibə tacirlərindən başqa heç kimə faydası olmayan” münaqişəni dayandırmaq üçün “mümkün olan hər şeyi edir”.