Kanadanın şimal-şərqində baş verən meşə yanğınları səbəbilə təxminən 9 min insan təxliyə edilib.
Viral.az xəbər verir ki, “CBC News”un məlumatına görə, ölkənin şimal-şərqində baş verən yanğınlar Nyufaundlend və Labrador əyalətindəki Labrador Siti və Vabuş bölgələrini təhlükə altına saldığı üçün bir sıra tədbirlər görülüb.
Son Yazılar:
- Əhməd əl-Şaraa Prezident İlham Əliyevi təbrik ETDİ
- Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının hazırkı vəziyyəti müzakirə OLUNDU
- Bakıda 213 "kirayə mənzil" satışa ÇIXARILDI
Əyalətin Baş naziri Endryu Furey, Labrador Siti və Vabuşdakı insanları ayıq olmağa və yanğınların olduğu əraziləri boşaltmağa çağırıb. Yanğınlar səbəbilə təxminən 9 min insan təxliyə edilib.
Nyufaundlend və Labrador əyalətində 11 bölgədə hələ də güclü yanğınlar davam edir.
Kanadada hazırda 575 aktiv yanğınla mübarizə aparılsa da, onlardan 400-dən çoxu nəzarətdən çıxmış sayılır.