-->

28 yaşlı oğlan göldə boğuldu 

1720977821 8454c3e9 d4e2 3993 9664 4c4ee01b26f6 850 4

Qazaxda bədbəxt hadisə baş verib.

 

Viral.az “report”a istinadən xəbər verir ki, hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb.

Son Yazılar:

 

Ailəsi ilə birgə istirahətə gedən şəxs göldə çimən zaman batıb.

 

Batan şəxs Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Haqverdiyev Mədət Abdulla oğludur.

 

O, Qazaxda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimindən sonra ailəsi ilə birgə Bala Cəfərli kəndinə gedib və su anbarında çimən zaman batıb.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri çağırılıb.

 

Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.