“Teleteatrda tamaşaçılarla görüş baş tutmalı idi. Sevillə öncədən danışdıq ki, ora gedəcəyik. Nədənsə həmin görüşə o gəlmədi. Teleteatra zəng edib demişdi ki, gəlməyəcəyəm. Mənə isə söz vermişdi ki, gələcəyəm. Sözün düzü, bu məsələdə mən də insanların yanında yalançı oldum. Daha sonra isə başımız qarışdı. Onun öz ailəsi var, mənim də öz ailəm. Əlbəttə ki, insanlar bizi filmdə birlikdə görüb, birlikdə seviblər. Bir-birimizə hörmətimiz var. İllər sonra məktəbdə uşaqlarla keçirilən görüşdə iştirak etdik”.
Viral.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında “Qaraca qız” filminin Xədicəsi Leyli Axundova deyib.
“Əksər səhnələrdə Sevillə birlikdəyəm. O məni orada öyrədir ki, necə oynayım, necə alma yığım? Qaraçıların əksəriyyəti Moskvadan gəlmişdilər. Ayıları da sirkdən gətirmişdilər. Filmi montaj etdilər, bir çox səhnələr kəsildi. Filmdən demək olar ki, əsər-əlamət qalmadı” , – deyə o əlavə edib.
Son Yazılar:
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
- ABŞ “Qazprom”a sanksiya tətbiq ETDİ
- ABŞ bazasına üç raket ATILDI