“Ötən gecə mən Donald Trampa danışdım. Sevinirəm ki, o, yaxşıdır və sağalır. Aramızda qısa, amma yaxşı danışıq keçdi”.
Viral.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Co Bayden media qarşısında çıxışı zamanı deyib. O, sui-qəsd zamanı həyatını itirən şəxsin ailəsinə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib, Məxfi Xidmətə və hüquq-mühafizə orqanları əməkdaşlarına həyatlarını riskə atdıqlarına görə təşəkkür edib.
“Ötən gün də dediyim kimi ABŞ-də bu cür zorakılıq aktları üçün yer yoxdur. Sui-qəsd cəhdi müdafiə etdiyimiz dəyərlərə ziddir. Amerika bu deyil. Bunun baş verməsinə imkan verməməliyik. İndiki halda birlik hər şeydən daha vacibdir”, – deyə ABŞ prezidenti qeyd edib.
Son Yazılar:
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
- Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – Fotolarla şantaj edirmiş…
Co Bayden sui-qəsdin motivinin hələlik məlum olmadığını deyib. O həmçinin Pensilvaniyada siyasi mitinq zamanı təhlükəsizliyin təminatı ilə bağlı müstəqil araşdırmanın aparılmasına göstəriş verdiyini və yaxın saatlarda xalqa müraciət edəcəyini bildirib.