Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti mayın 30-da İzmir şəhərində “EFES – 2024” çoxmillətli təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.
Viral.az MN-ə istinadən xəbər verir ki, “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Yaşar Güler çıxış edib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Nümayəndələr Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olduqdan sonra “Türk Ulduzları”nın nümunəvi uçuşlarını və paraşüt atlayışlarını izləyiblər.
Sonra 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirak etdiyi “EFES – 2024” çoxmillətli təlimində mükafatlandırma mərasimi keçirilib.
Sonda təntənəli konsert proqramı təqdim edilib.