Bu gündən İranda növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin qeydə alınması prosesinə başlanılıb.
Viral.az xarici mediaya istinadən xəbər verir ki, proses 5 gün davam edəcək.
Son Yazılar:
- Mahir Emreli Almaniya klubunda məhsuldar ötürmə VERDİ
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü – FOTO
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
Bu dövr ərzində yaşı 40-dan 75-ə qədər olan, minimum magistr dərəcəsinə malik şəxslər potensial namizəd olaraq qeydiyyata düşə bilər. Yekun olaraq bütün namizədlər 12 üzvdən ibarət Konstitusiyanın Müdafiəsi Şurası tərəfindən təsdiq edilməlidirlər.
Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzası nəticəsində həlak olub. Ölkədə növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.