Dövlət büdcəsinin profisiti 2.7 mlrd. manatı ötüb

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.7% artaraq 18 milyard 842.9 milyon manat təşkil edib.

 

Viral.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında büdcənin xərcləri isə 14.1% artaraq 16 milyard 52.9 milyon manata yüksəlib.

Son Yazılar:

 

Bu ilin ilk 6 ayında dövlət büdcəsinin profisiti ötən ilin eyni dövrünə nisbətən 97% artaraq 2 milyard 790.8 milyon manata yüksəlib. 2023-cü ilin eyni dövründə bu rəqəm 1 milyard 416.7 milyon manat təşkil edib.