-->

Pilotlarımızdan yüksək peşəkarlıq – VİDEO

1721029076 6694d105b30ed6694d105b30ee17210288696694d105b30eb6694d105b30ec

Qazaxıstan Respublikasının Aktau şəhərində keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri döyüş atışlı təlim-məşq uçuşlarını icra ediblər.

 

Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Son Yazılar:

 

Bildirilib ki, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanılıb.

 

Təlimin planına uyğun olaraq Su-25ML tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz və gecə vaxtları uçuşların yerinə yetrilməsi, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirilib.

 

Hərbi pilotlarımız tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, onlara zərbələr endirərək məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

 

Qeyd edək ki, “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təlimində hərbi pilotlarımız qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra edərək peşəkarlıq nümayiş etdiriblər.