Baş Prokurorluq Masallıda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirəcək.
Bu barədə Viral.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Son Yazılar:
- Ucarda ağır qəza, 4 nəfər xəsarət ALDI
- Ramazandan sonra necə qidalanmaq lazımdır?
- Ukrayna və ABŞ nadir torpaq mineralları sazişi ilə bağlı onlayn görüş təşkil edib
Bildirilib ki, iyulun 18-də təşkil ediləcək konfransda 10-a yaxın regionun prokurorluqları, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxsləri iştirak edəcək.
Tədbirdə, həmçinin dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq.
Toplantı çərçivəsində Masallı Rayon Prokurorluğunda “Açıq qapı” günü də olacaq.