Bakıda 10 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlandı

Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub. Bu barədə polisə məlumat verən ev sahibi 10150 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlandığını bildirib.

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş və axtarışda olan Seyfulla Qafarov saxlanılıb.

Araşdırma aparılır.

Son Yazılar: