Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Viral.az-a bildirilib ki, Günəşin fəallığı artıb. Günəşin səthində ləkələrin sayı artaraq 217 ləkə, həmçinin şimal yarımkürəsində tac dəliyi müşahidə olunur. Hazırda Günəş küləyinin sürəti normaldır. Geomaqnit sahəsi sakit və qeyri-stabil səviyyələrdə olub. Geomaqnit qasırğası baş verməyib. Hazırda kosmik hava sakitdir.
Son Yazılar:
- ABŞ “Qazprom”a sanksiya tətbiq ETDİ
- ABŞ bazasına üç raket ATILDI
- Türkiyə bu ölkədə kosmik baza yaradır
Proqnoza görə, iyulun 21-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faiz təşkil edir. İyulun 15-17-də Günəş küləyinin mənfi qütblü nominal qiymətlərdə olacağı, sonra isə tac dəliyinin təsiri ilə sürətinin artacağı gözlənilir.
İyulun 19-dək geomaqnit sahəsi sakit, sonra isə tac dəliyinin təsiri ilə qeyri-stabil və aktiv səviyyələrdə olması proqnozlaşdırılır.