Prezident İlham Əliyev “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.
Viral.az-ın xəbərinə görə, Sərəncama əsasən, “Sağlam məhəllə” layihəsi çərçivəsində cari ildə 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,9 milyon (bir milyon doqquz yüz min) manat vəsait ayrılıb.
Son Yazılar:
- ABŞ “Qazprom”a sanksiya tətbiq ETDİ
- ABŞ bazasına üç raket ATILDI
- Türkiyə bu ölkədə kosmik baza yaradır
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.