Ermənistanın şimalında daşqınlar nəticəsində zədələnmiş dəmir yolunun bərpası ilə bağlı Rusiya ilə razılıq əldə olunub.
Viral.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında açıqlayıb.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Dünən Moskvada Ermənistan baş nazirin müavini Mher Qriqoryan və “Rusiya Dəmir Yolları” şirkətinin rəhbərləri daşqından zərər çəkmiş ərazilərdə dəmir yolunun iş rejimi barədə razılığa gəliblər.
Bundan əvvəl Ermənistan və Gürcüstanı birləşdirən dəmir yolunun 2.5 km-nin zədələndiyi, lakin artıq yüklərin daşınması üçün müvəqqəti həll yolu olduğu bildirilmişdi.