Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və onun həyat yoldaşı Buşra Bibini “Toşaxana Dövlət Xəzinəsindən hədiyyə almaq üçün səlahiyyətlərindən sui-istifadə etmə” iddiası ilə bağlı yeni ittihamlarla iyulun 22-dək həbsdə saxlayıb.
Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyi olan Milli Hesabat Bürosu yeni ittihamı iyulun 13-də İslamabad məhkəməsinin Xan və onun həyat yoldaşının qanunsuz nikah hökmünü ləğv edərək apelyasiya şikayətini təmin etməsindən bir gün sonra irəli sürüb.
Cütlük iyulun 22-də məhkəmə qarşısına çıxacaq.
Son Yazılar:
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
- ABŞ “Qazprom”a sanksiya tətbiq ETDİ
- ABŞ bazasına üç raket ATILDI
2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik etmiş İmran Xan 2022-ci il aprelin 10-da ona etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. 2023-cü ilin avqustunda Xan dövlət xəzinəsində saxlanılan qiymətli əşyaların satışı ilə bağlı dələduzluq işi üzrə həbs edilib. Daha sonra ona bir sıra başqa ittihamlar da irəli sürülüb, onlardan biri məxfi teleqramın dərci ilə bağlı dövlətə xəyanətdir. Xanın apellyasiya şikayəti zamanı ona qarşı irəli sürülən ittihamların əksəriyyəti ləğv edilib, lakin keçmiş baş nazir qanunsuz nikah ittihamı ilə həbsdə qalıb.
Bundan əvvəl BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu həbsdə olan keçmiş baş nazirin dərhal