Müsavat daha 4 nəfərin deputatlığa namizədliyini irəli sürdü

İyulun 15-də Müsavat Divanının iclası keçirilib.
 

Viral.az xəbər verir ki, iclasda görülən işlər və qərarların icrası müzakirə edilib.
 

Müsavat Partiyası rəhbərliyinin Tiflisdə keçirilən beynəlxalq konfransda iştirakı ilə bağlı geniş məlumat verilib.
 

Son Yazılar:

Sonra isə sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri müzakirə olunub.
 

Müsavat Divanı daha 4 seçki dairəsindən partiyanın deputatlığa namizədlərini irəli sürüb:
 

Mustafa Hacılı – 8 saylı Binəqədi birinci seçki dairəsi,

İlqar Qiliyev -32 saylı Suraxanı üçüncü seçki dairəsi

Osman Kazımov – 84 saylı Füzuli seçki dairəsi,

Sabir Məmmədli – 104 saylı Gədəbəy seçki dairəsi.
 

Beləliklə, partiyanın namizədlərinin sayı 34-ə çatıb. Namizədlərin irəli sürülməsi prosesi davam edir.

Divan həmçinin daha 2 nəfəri səlahiyyətli nümayəndə olaraq təsdiqləyib. Partiyanın seçki üzrə səlahiyyətli nümayəndələrinin sayı 58 nəfərə çatıb.