COP29 təmiz enerji və yaşıl keçid sahələrdə Pakistanla əməkdaşlığımız üçün əlavə imkanlar yaradacaq
Viral.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşün yekununa dair keçirilən birgə mətbuat konfransında deyib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
“COP29-a ev sahibliyi etdiyimiz dövrdə bu konfrans Azərbaycan tərəfindən təmiz enerji və yaşıl keçidlə bağlı sahələrdə əməkdaşlığımız üçün əlavə imkanlar yaradacaqdır”, – nazir qeyd edib.
XİN başçısı bildirib ki, Pakistanlı tərəfdaşlar Ələt Azad İqtisadi Zonasının təklif etdiyi əlverişli şərait və imtiyazlardan yararlana bilərlər:
“İki ölkə arasında birbaşa uçuşlar da turizmin və insanlar arasında əlaqənin genişlənməsinə töhfə verir. Hazırda Bakıdan İslamabad, Lahor və Kəraçiyə həftədə altı reys həyata keçirilir. Ötən il Azərbaycana gələn pakistanlı turistlərin sayı 55 min nəfərə çatıb. 2024-cü ilin ilk dörd ayında bu rəqəm 20 minə yaxın olub.
Nazir Pakistanda Heydər Əliyev fondu tərəfindən həyata keçirilən sosial layihələrin mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayıb:
“Biz bu gün qardaş xalqımızla humanitar, mədəni və akademik mübadilənin genişləndirilməsinin vacibliyini də vurğuladıq. Bundan əlavə, iki ölkənin ali təhsil müəssisələri və mədəniyyət mərkəzləri, elmi tədqiqat institutları və beyin mərkəzləri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Biz şadıq ki, həm Azərbaycan, həm də Pakistan təhsil ocaqlarında müxtəlif mədəniyyət və dil mərkəzləri fəaliyyət göstərir. Bu səfər qardaş ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı yolunda irəliyə doğru bir addım olacaq”.