Minalar dayanıqlı inkişafa mane olur

Minalar təkcə insan həyatı üçün gizli təhlükələr yaratmır, həm də dayanıqlı inkişafa mane olur.

 

Viral.az xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda video müraciətlə çıxışı zamanı deyib.

Son Yazılar:

 

“Məqsədimiz işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaratmaqdır. Ekosistemləri bərpa etməklə və davamlı təcrübələri yenidən tətbiq etməklə biz bu torpaqları yaşıl sahələrə çevirməyi hədəfləyirik. Minimum emissiyaları təmin etmək üçün “ağıllı şəhərlər” və “ağıllı kəndlər” kimi innovativ texnologiyalar və yanaşmalardan istifadə edirik”, – o bildirib.