İngiltərənin final matçını izləməyə gedən azarkeşlər işdən qovuldu

Avropa çempionatının ötən gün Almaniyanın paytaxtı Berlində baş tutan final matçını izləməyə gedən üç ingiltərəli azarkeş işdən qovulub.

Viral.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Söhbət Birmingem şəhərində mühəndis kimi çalışan ata və onun iki oğlundan gedir. Berlinə gedərkən yolda onlara müqavilələrinə xitam verildiyi barədə məlumat verilib.

Son Yazılar:

Qeyd edək ki, AVRO-2024-ün final matçında İngiltərə millisini 2:1 hesabı ilə məğlub edən İspaniya yığması tarixində 4-cü dəfə Avropa çempionu olub.