MSK-da daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Viral.az xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 15-də keçirilən iclasında qəbul edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Müasir Müsavat (MMP), Demokratik Maarifçilik (ADMP) və Müsavat Partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirəyə çıxarılıb.

Son Yazılar:

Bununla bağlı qərar səsverməyə çıxarılaraq qəbul olunub.

Beləliklə, MSK-da ümumilikdə 22 siyasi partiyadan 551 səlahiyyətli nümayəndə qeydə alınıb.