Bugünkü görüşümüzdə mən pakistanlı həmkarımı regiondakı post-münaqişə vəziyyəti barədə məlumatlandırdım.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Son Yazılar:
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
Nazirin sözlərinə görə, həmçinin Azərbaycanın işğaldan azad olunan torpaqlarında həyata keçirdiyi reabilitasiya və yenidənqurma işləri barədə Pakistan XİN rəhbərini məlumatlandırıb: “Qeyd etdim ki, uzunmüddətli mina problemi bizim səylərimizə mane olur”.
XİN rəhbəri qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissəsində delimitasiya ilə bağlı son razılaşma və Ermənistanın uzun müddətdir işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılması normallaşma prosesinə müsbət töhfə verir:
“Azərbaycan sülh prosesinə sadiqdir və biz ümid edirik ki, bu, bütövlükdə firavan və təhlükəsiz region üçün müsbət nəticələr verəcək”.