Ağcabədidə narkokuryerdən 7 kiloqram narkotik aşkarlandı

Ağcabədidə narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Viral.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Mamedov saxlanılıb.

Son Yazılar:

 

Həmin şəxsdən 7 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.

 

O, maddi qazanc müqabilində sosial şəbəkə vasitəsilə tanıdığı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.