Onlarla nümayişçi İsrailin paytaxtı Təl-Əvivin şərqindəki Ayalon magistralına çıxıb və Qəzza zolağında saxlanılan girovların tezliklə evlərinə qayıtmasını tələb edərək, Təl-Əviv metropoliteninin əsas nəqliyyat marşrutlarından biri boyunca nəqliyyatın hərəkətini bağlayıb.
Viral.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Qeyd olunub ki, aralarında HƏMAS tərəfindən oğurlananların qohumlarının da olduğu nümayişçilər İsrail hakimiyyətindən Qəzzadan girovların dərhal azad edilməsini tələb edirlər.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Xtırladaq ki, ötən il noyabrın sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar barışıq yaradılıb və bu müddət ərzində İsrailin məlumatına görə, 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başlayıb və bu gün də davam edir. İsrailin son məlumatlarına görə, Qəzza zolağında hələ də 120 nəfər girov saxlanılır.
(redaktor.az)