Türkiyə Super Liqa təmsilçilərindən “Beşiktaş” futbolçusu Cenk Tosunla yollarını ayırıb.
Viral.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Ağ-qara” klub göstərdiyi səylərə görə 33 yaşlı futbolçuya təşəkkür edib: “İlk dəfə 2014-cü ildə yollarımız kəsişən, milli komandamızın dəyərli oyunçusu, qazandığımız üç Super Liqa və iki Türkiyə Kubokunda pay sahibi olan Cenk Tosuna klubumuzda göstərdiyi səylərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq”.
Son Yazılar:
- Karateçilərimiz Avropa Kubokunda qızıl medal QAZANDI
- Müəllimləri təhqir edənlər CƏRİMƏLƏNƏ bilər
- Bu xəstəxanaya yeni baş həkim təyin OLUNDU
Xatırladaq ki, Cenk Tosun digər Super Liqa təmsilçisi “Fənərbaxça” ilə müqavilə imzalamağa çox yaxındır. “Qartallar”la yeni sözləşmədə razılaşa bilməyən mərkəz hücumçusu “Fənərbaxça” ilə son detalları müzakirə etmək üçün bu gün İstanbula gələcək.
“Sarı-lacivərlilər”lə müqavilənin 1+1 il müddətinə imzalanacağı gözlənilir.
2017-2018 mövsümündə “Everton”a gedən Cenk Tosun İngiltərənin “Kristal Palas” klubunda da çıxış edib. O, karyerası ərzində 487 matçda 195 qol vurub, 60 məhsuldar ötürmə edib.