Çin vətəndaşları 2024-cü il iyulun 20-dən başlayaraq bir il ərzində Azərbaycana üç dəfə vizasız səfər edə bilərlər.
Bu barədə Viral.az-a Dövlət Miqrasiya Xidmətindən bildirilib.
3 iyul 2024-cü il tarixində qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”dən irəli gələrək etibarlı ümumvətəndaş pasportuna malik Çin Xalq Respublikasının vətəndaşları 20 iyul 2024-cü il tarixindən 20 iyul 2025-ci il tarixinədək olan 1 il ərzində 3 dəfə Azərbaycana vizasız qaydada səfər edə və hər səfərində 30 günədək ölkədə qala bilərlər.
Son Yazılar:
- İndoneziyada daşqınlar nəticəsində azı 13 nəfər ÖLDÜ
- “Hizbullah” bir gün ərzində İsrailə 160 raket buraxdı
- “Liverpul” “Mançester Siti” ilə xal fərqini 8-ə ÇATDIRDI
Qeyd edilib ki, sözügedən şəxslər Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olduqda Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Müvafiq dövr ərzində 3 dəfədən çox Azərbaycana səyahət etmək və ya ölkədə 30 gündən artıq müddətə qalmaq istəyən Çin vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada viza əldə etdikdən sonra ölkəyə gələ bilərlər.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə – [email protected] maili vasitəsilə müraciət edə bilərsiniz.