Azərbaycanda vergi daxilolmaları təxminən 10 faiz AZALIB

Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon manat təşkil edib.

Viral.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % azdır.

Bununla belə, büdcəyə proqnozdan əlavə 1 milyard 53,4 milyon manat vəsait daxil olub.

Son Yazılar:

6 aylıq vergi daxilolmalarının 5 milyard 874,7 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13 % çoxdur.