Müğənni Hiss “Xəzər axşamı” verilişində şəxsi həyatı haqqında açıqlamalar verib.
Viral.az Teleqraf.com-a istinadla xəbər verir ki, Hiss sevgilisinin olduğunu etiraf edib: “Arzularımın içində ailə qurmaq da var. Uşaq da istəyirəm. Amma birinci yerdə sənətdir. Sənətimdə istədiyimə nail olduqdan sonra ailə quracam. Mən 40 yaşda da uşaq dünyaya gətirə bilərəm.
Sevdiyim şəxs də var. Başqaları sevgilisi haqqında xəbərləri gizli saxlayırlar. Çünki kimdənsə nəsə gözləyirlər. O mənim geyimimə, hərəkətimə irad bildirmir. Deyir ki, sən bir nömrəsən, sənin kimi qız, sənin kimi müğənni yoxdur, heç kimə fikir vermə”.
Son Yazılar:
- Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
- Kim Çen In Rusiyaya səfər edə BİLƏR
- Yüksək vəzifə verilən Gülməmmədov onun qardaşı imiş
Uşaq evində böyüyən ifaçı ailəsindən də söz açıb: “Üç yaşıma qədər ailəmlə yaşamışam. Anam həmişə yanımda olub, atam yox. İkisi də sağdır. Anamla mübasibətim var, atamla yoxdu. Atamın şəkilini görmüşəm, onu çoxdan bağışlamışam. Əkiz bacılarım və iki qardaşım var. Münasibətlərimiz yaxşıdır, bir-birimizə çox doğmayıq. Ancaq dalaşırıq. Hamımız bir yerdə qalırıq”.