Omanda məsciddə açılan atəş nəticəsində 4 Pakistan vətəndaşı ölüb, 30 nəfər yaralanıb.
Viral.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi hücumun sünnilərin çoxluq təşkil etdiyi Omanda şiə məscidi olan, yerli olaraq İmam Əli məscidi kimi tanınan Əli bin Əbi Talib məscidində törədildiyini bildirib.
Omanın paytaxtı Maskatın Vadi əl-Kəbir bölgəsində baş verən hadisəni “terror” hücumu kimi xarakterizə edən nazirlik, yaralıların xəstəxanada olduğunu qeyd edib.
Son Yazılar:
- Həbs qərarına Netanyahunun ofisindən CAVAB
- Rusiya Ali Radaya zərbə endirəcək
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
Qeyd edək ki, hadisə Aşura gününə təsadüf edib. // news24.az