Pakistan Azərbaycanı tam dəstəkləyəcək – Nazir

Biz qardaş Azərbaycanı COP29-a ev sahibliyini qazanması münasibətilə təbrik edirik.

 

Viral.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Son Yazılar:

 

O qeyd edib ki, Pakistan COP29-a sədrliyi dövründə Azərbaycanı tam dəstəkləyəcək.

 

“Bizim ölkələrimiz iqlim dəyişikliyi və bərpaolunan enerji sahələrində də əməkdaşlığın inkişafı istiqamətində çalışacaq”, – nazir əlavə edib.

 

Məhəmməd İshaq Dar deyib ki, bugünkü görüşdə regional və qlobal məsələlər, o cümlədən Qəzzadakı vəziyyət də müzakirə edilib.

 

“Hər iki ölkə çoxtərəfliliyi və beynəlxalq hüquqa hörməti dəstəkləyir. Azərbaycan və Pakistan hər zaman beynəlxalq platformalarda bir-birini dəstəkləyib və bu davam edəcək.

 

Biz Azərbaycanın Cəmmu və Kəşmir məsələsində prinsipial və dəyişməz mövqeyini qiymətləndiririk. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, BMT sənədlərinə əsaslanır”, – XİN rəhbəri vurğulayıb.