Manqal həvəskarları isti havalarda diqqətli olmalıdırlar. Manqalla bağlı əsas təhlükə isti vurma və bağırsaq infeksiyasıdır.
Viral.az medicina-ya istinadən xəbər verir ki, bunu terapevt-dietoloq Yelena İqnatikova bildirib.
Dietoloqun sözlərinə görə, qızmar günəş və manqalda bişmiş ət ən azı uşaqlar və xroniki xəstəlikləri olan insanlar üçün risk yaradan faktorlardır.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Ürək-damar xəstəliklərindən – hipertoniya, ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi – əziyyət çəkənlər diqqətli olmalıdırlar. Bu cür asudə vaxt keçirmək böyrək xəstəliyi olan insanlar üçün də uyğun deyil. Çünki istidə bədəndə elektrolit balansı pozulur. Uşaqlar da əziyyət çəkirlər. Onlar böyüklərdən daha tez istilənirlər. Onların termorequlyasiya mexanizmləri hələ yaxşı qurulmayıb”, – həkim izah edib.
Dietoloq qeyd edib ki, isti havalarda bişirilən kabab bağırsaq infeksiyası yarada bilər.
“Çünki yüksək temperaturda mikroorqanizmlər daha sürətli çoxalır. Ət normaldan daha tez xarab olur. Manqal keyfindən vaz keçmək sizə çətin gəlirsə, ətin çox təzə olmasına diqqət yetirin. Onu özünüzün marinə etməyiniz məsləhətdir. Sonra ət soyuducuda saxlanmalıdır. Əti soyuducudan çıxaran kimi dərhal bişirin. Çiy ət isti havada çöldə qalmamalıdır”, – dietoloq deyib.
Mütəxəssis, həmçinin yüksək temperaturda isti vurma təhlükəsini xatırladıb və kababı yalnız axşam, günəş batarkən bişirməyi məsləhət görüb.
“Ancaq nahar üçün ət yemək normalarını unutmaq olmaz. Yatmazdan əvvəl həddindən artıq yeməmək vacibdir” – İqnatikova vurğulayıb.
Dietoloq, son olaraq diqqətə çatdırıb ki, kabab izqara edilmiş tərəvəzlərlə birgə yeyilməlidir. Bu zaman gün ərzində qəlyanaltı kimi çiy tərəvəzlərə üstünlük verilməlidir.