Veteran YAP-çılar yenidən namizədlərin siyahısında

YAP-ın deputatlığa namizədlərinin siyahısında Baş nazirin müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlı, Komitənin keçmiş sədr müavini Səyyad Aranın və Oğuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eyvaz Qurbanovun da adı var.

Viral.az xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü Musa Quliyev İdarə Heyətinin iclasından sonra deyib.

“Veteran YAP-çıların adı yenidən siyahıya daxil edilib. Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlı, Eyvaz Qurbanovun adı YAP-ın namizədlər siyahısında var. Bu da onu göstərir ki, partiya öz veteranlarını unutmur. Eldar İbrahimovun adı isə namizədlər siyahısına daxil edilib”, – deyə o qeyd edib.

Son Yazılar:

Musa Quliyev hazırkı deputatlardan Aqiyə Naxçıvanlı və Sədaqət Vəliyevanın da adının namizədlər siyahısında olmadığını bildirib (apa).