“Məhərrəm ayının müqəddəs olması fikri və özü Quranda yoxdur. Ramazan və Şaban ayları ilə bağlı da eyni reallıqdır. İslamdan əvvəlki dövrdə bu aylar var idi. Ancaq belə xüsusiləşməmişdi”.
Viral.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.
O bildirib ki, Məhərrəm ayını özləri üçün dəyərli hesab edən insanlara hörmətlə yanaşır:
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
“Ancaq ortaya sual çıxır: Minlərlə şəhid verdiyimiz 44 günlük savaşı və həmin ayı müqəddəs hesab edirik? Bir şeyin müqəddəs olmasına Allah qərar verə bilər. Allah peyğəmbərlərini belə müqəddəs hesab etməyibsə, hansısa ayı, günü müqəddəs hesab etmək nə dərəcə doğrudur?
Hələ cümə gününü də müqəddəs hesab edirlər. Cümə günü müqəddəs deyil, sadəcə yığışma günüdür. Bu günün dəyəri insanların yığışıb məsələləri hesab etməsi ilə əlaqədardır”, – deyə Elşad Miri qeyd edib.